RU

Mesut Gülaçtı: Dünya Türk Dili Ailəsi Gününün elan olunması tarixi addımdır

Bakı, 6 noyabr, AZƏRTAC

Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 43-cü Baş Konfransında dekabrın 15-nin Ümumdünya Türk Dili Ailəsi Günü elan edilməsi təkcə dilimizin zənginliyini deyil, eyni zamanda, Türk dünyasının ortaq mənəvi bağlarını möhkəmləndirən tarixi bir addımdır.

Bunu AZƏRTAC-a açıqlamasında Turan Dövlətləri Birləşmiş Konfederasiyasının xarici təşkilatlarla əlaqələr üzrə məsul şəxsi Mesut Gülaçtı bildirib.

O deyib ki, türk dili qədim sivilizasiyamızın, mədəniyyətimizin və kimliyimizin daşıyıcısıdır: “Türk dili Asiyadan Avropayadək uzanan geniş bir coğrafiyada milyonlarla insanı birləşdirir. Bu baxımdan türk dili, sadəcə, ünsiyyət vasitəsi deyil, həm də qardaşlığımızın, birliyimizin və ortaq gələcəyimizin rəmzidir”.

Mesut Gülaçtı vurğulayıb ki, türk dilinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən hər bir işi dəstəkləyirlər. “Türk dilinin birləşdirici gücü ilə daha güclü bir birlik arzulayıram”, – deyə o əlavə edib.

Избранный
62
1
azertag.az

2Источники