RU

"Eurohome"un arxasında da Mehdiyev şəbəkəsi dayanıb?

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onun biznes imperiyası ilə bağlı mediada müxtəlif məlumatlar dərc olunur.

Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu məlumatlardan Ramiz Mehdiyevin uzun illər səlahiyyətlərindən istifadə edərək iqtisadi imperiya qurduğu aydın olur. Bu imperiyaya maliyyə təsisatlarından tutmuş tikinti şirkətlərinə qədər müxtəlif biznes strukturlar daxildir.

Son günlərdə məşhur tikinti materialları bazarı "Eurohome"un Ramiz Mehdiyevin himayəsində olduğu iddia olunub. Bu iddianı vaxtilə həmin bazarda icarə müqaviləsi əsasında mağaza işlədən sahibkar Rafiq Ocaqverdiyev irəli sürüb.

Rafiq Ocaqverdiyev bir müddət əvvəl "Eurohome"un sahibi Azay Möhnətovu ona çatacaq kompensasiyanı ödəməkdən yayınmaqda ittiham edib. Sahibkarın sözlərinə görə, 2019-cu ildə "Eurohome"da baş verən yanğın zamanı ona 200 000 manat ziyan dəyib. Həmin vaxt Azay Möhnətov ziyan çəkən icarədarlara kompensasiya ödəyəcəyini vəd etsə də, Rafiq Ocaqverdiyevə hələ də ödəniş edilməyib.

O, məsələ ilə bağlı Prezident Administrasiyasına və ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq Baş Prokurorluq onun müraciətini nəzarətə götürüb.

Избранный
12
10
publika.az

10Источники