RU

ABŞ-ın prosesə cəlb olunması bu layihəni 2 il uzadacaq - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Zəngəzur dəhlizində dəmiryol xəttinin bərpası məsələsində Ermənistanın ABŞ-la danışıqlara başlaması prosesin uzanmasına gətirib çıxara bilər. Halbuki 42 kilometrlik dəmiryol xəttinin çəkilməsi texniki baxımdan mürəkkəb proses deyil".

Bu barədə Hafta.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

Ekspert qeyd efib ki, uzun illər bu ərazidə dəmiryol infrastrukturu mövcud olub və həmin xətt Azərbaycanın mülkiyyətində idi:

"Birinci Qarabağ müharibəsi zamanı Ermənistan həmin infrastrukturu söksə də, bu gün onun yenidən bərpası üçün zəruri texniki baza və resurslar mövcuddur. Azərbaycan artıq öz ərazisində Ermənistanla sərhədə qədər olan dəmiryol xəttini bərpa edib. Zəngəzurda 42 kilometrlik hissənin də Azərbaycan tərəfindən altı ay ərzində yenidən qurulması tam mümkündür. Bunun üçün ölkənin həm maliyyə, həm texniki, həm də logistik imkanları kifayət qədərdir".

M.Əsədulla qeyd edib ki, əgər Ermənistan bu məsələdə ABŞ-la deyil, Azərbaycanla birbaşa danışıqlara getsə, dəhlizin reallaşması prosesi daha qısa müddətə başa çata bilər:

"Lakin ABŞ-ın prosesə cəlb olunması bu layihənin ən azı iki ilə qədər uzanmasına səbəb ola bilər. Azərbaycan Ermənistan tərəfinə dəmiryolunun birgə bərpası təklifini irəli sürə və regionda kommunikasiya əlaqələrinin açılmasına mühüm töhfə verə bilər".

Избранный
8
2
hafta.az

3Источники