RU

Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından gəlir vergisi tutulacaq – RƏSMİ

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Tribunainfo.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək3 faiz
2500 manatdan 8000 manatadək75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək5 faiz
2500 manatdan 8000 manatadək125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək7 faiz
2500 manatdan 8000 manatadək175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlirVerginin dərəcəsi
8000 manatadək0 faiz
8000 manatdan çox olduqda8000 manatdan çox olan məbləğin 14 faizi
Избранный
22
7
tribunainfo.az

10Источники