RU

Polis Akademiyasının kursantlarının ifasında “Zəfər təntənəsi”

Polis Akademiyasının kursantları 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər təntənəsi” adlı kompozisiya təqdim ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kompozisiyada Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə, qəhrəman şəhidlərimizin əziz xatirəsi və Azərbaycan xalqının tarixi salnaməsi yüksək vətənpərvərlik ruhunda əks olunub.

Kursantlar ifalarında “Vətən marşı”nı səsləndirərək həm Zəfər Gününün qürurunu, həm də dövlətə və xalqa sədaqət andlarını nümayiş etdiriblər.

Избранный
19
14
sia.az

10Источники