RU

8 il sonra Hollivuda qayıdır

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sasseks hersoqu şahzadə Harrinin həyat yoldaşı Meqan Markl səkkiz illik fasilədən sonra aktrisa fəaliyyətinə qayıdır. 

“Qafqazinfo” “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, “Amazon MGM Studios”un yeni "Close Personal Friends" filmində rol alacaq.

Los-Ancelesdə yerləşən çəkiliş meydançasında Meqan Lili Kollinz, Bri Larson və Cek Kueyd ilə birlikdə görüntülənib. İnsayderlərin məlumatına görə, Meqan filmdə özünü canlandıracaq:

“Bu, Meqan üçün böyük bir andır və onun həqiqətən sevdiyi işə qayıtmasının rəmzidir. Ona çoxlu təkliflər gəlirdi, amma bu, daha düzgün seçim kimi göründü. Harri onu tam dəstəkləyir və Meqanın sevdiyi işlərlə məşğul olmasını istəyir”. 

Qeyd edək ki, Meqan Markl aktrisa fəaliyyətinə 2002-də “General Hospital” filmində canlandırdığı Cill rolu ilə başlayıb. Məşhurluğu isə o, daha çox “Suits” serialında canlandırdığı Reyçel Zeyn rolu ilə qazanıb. Aktrisa 2018-ci ildə şahzadə Harri ilə ailə qurduqdan sonra şou-biznesi tərk edib. Bu müddət ərzində Sasseks hersoginyası daha çox xeyriyyəçilik, prodüserlik və ictimai layihələrlə məşğul olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
qafqazinfo.az

1Источники