RU

Deputat: Bölgələrdə də sahibsiz heyvanlar peyvənd edilməlidir

BAKI, 6 noyabr. TELEQRAF

"Bölgələrdə də sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsini və peyvənd edilməsi təklif edirəm".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, Bakıda bununla bağlı məsələ həll edilib:

“Bölgələrdə isə problem qalmaqdadır. Hesab edirəm ki, bölgələrdə sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsi və bu heyvanların peyvənd edilməsi dövlət hesabına həyata keçirilsə, yaxşı olar”.

Избранный
53
teleqraf.com

1Источники