RU

Türkiyə "F-16"ları Bakıdakı paradda uçuş edəcək

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək.

Bu barədə nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

O qeyd edib ki, sabah Mehtər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyasının orkestri birgə konsert proqramı olacaq.

8 noyabrda isə Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə uçuş nümayişi təşkil olunacaq.

Həmçinin Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib:

"İki dövlət, bir millət" anlayışı ilə hər zaman birlik və həmrəylik içində olduğumuz dost və qardaş ölkə Azərbaycanın 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirik", - deyə o qeyd edib.

O həmçinin məlumat verib ki, Türkiyə müdafiə naziri Yaşar Gülər "Azərbaycan Qələbə Günü" münasibətilə Azərbaycanda keçiriləcək mərasimlərdə iştirak edəcək.///Report

Избранный
16
3
ucnoqta.az

10Источники