RU

Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan vasitəsilə idxalını nəzərdən keçirir

Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan vasitəsilə dəmir yolu ilə idxalını nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan brifinqdə 90-cı illərdən bəri ilk dəfə olaraq Rusiyadan taxıl partiyasının tranzitlə idxalını şərh edərkən deyib ki, hazırda Rusiyadan müxtəlif malların idxalı üçün müraciətlər hazırlanır.

Избранный
8
6
operativmm.az

7Источники