RU

Məlum oldu ki, Bakı bizim üçün Rusiyaya da imkan yaradır Paşinyan

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənsitanın Baş naziri Nikol Paşinyan Rusiya taxılını daşıyan qatarın Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə ölkəsinə gəldiyini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, o, bunun tarixi hadisə olduğuna diqqət çəkib.

Paşinyanın sözlərinə görə, başlanğıcda sadəcə Qazaxıstandan göndərilən yüklərin Azərbaycan vasitəsilə daşınması nəzərdə tutulub:

“Amma sonra məlum oldu ki, Azərbaycan Rusiya istiqamətindən gələn qatarların da keçidinə imkan yaradır. Nəticə olaraq hazırda Rusiyadan müəyyən məhsul qruplarının Ermənistana ixracı üçün müraciətlər artırılır. Əslində, axınlar Azərbaycan vasitəsilə Ermənistana çatmaq üçün yenidən təşkil olunur. Halbuki, ilkin olaraq Qazaxıstan buğdası ilə yüklənmiş qatar hələ nəzərdə tutulan yerə çatmayıb. Düşünürəm ki, bəlkə də başqa qatarlarda gələcək. Vəziyyət davamlı dəyişir, çünki yeni müraciətlər ortaya çıxır.

İndi həmçinin aydınlaşdırmaq lazımdır ki, əks istiqamətdə məhsullar necə hərəkət edəcək – yəni Ermənistandan Gürcüstan və Azərbaycan vasitəsilə Rusiyaya, Qazaxıstana və ya digər ölkələrə çıxışı hansı təşkildə olacaq. Fikrimcə, böyük və əhəmiyyətli hadisə baş verib, buna görə məmnunluğumu ifadə edirəm və eyni zamanda Marqara-Kornidzor marşrutu ilə Türkiyə və Azərbaycan yük maşınlarının keçidinin təmin olunmasına hazır olduğumuzu bildirirəm”.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники