RU

“Ola bilər azarkeşlərimiz bu nəticəni gözləmirdilər” – Marko Yankoviç

“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Çelsi” oyunu sonrası fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu qarşılaşmanı belə şərh edib:

“Ola bilər azarkeşlərimiz bu nəticəni gözləmirdilər. Lakin biz qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Özümüzə inanırdıq. Başa düşürük ki, yaxşı nəticələr qazandıqca azarkeşlərin bizdən gözləntiləri artır. Biz özümüz də yaxşı nəticələrə, daha da irəli getməyə ümid edirik. Lakin Çempionlar Liqasının səviyyəsi çox yüksəkdir. Güclü komandalar, çox yaxşı futbolçular var. Demək olmaz ki, hər oyunu çıxıb udacağıq. Amma əlimizdən gələni edəcəyik ki, hər matçda yaxşı nəticə qazanaq. Məhz bunun üçün çalışırıq”.

 

Избранный
83
idmanxeber.az

1Источники