RU

Prezident İlham Əliyevin Liderlik Missiyası və Yeni Azərbaycanın Gerçəkləri - ÖZƏL

"Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinə yeni nəfəs, yeni düşüncə və strateji baxış gətirdi. Onun həyata keçirdiyi siyasətin əsas məqsədi dövlətin suverenliyini, milli maraqları və xalqın rifahını qorumaq oldu. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə bu siyasətin təntənəsi idi. Prezident İlham Əliyevin qətiyyəti və xalqın birliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, Qarabağ azad olundu, tarixi ədalət bərpa edildi".  "Olaylar" zəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışova deyib: "Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilib. Ulu Öndərin "Güclü dövlət - güclü xalq" prinsipi müasir dövrdə konkret nəticələrdə özünü göstərir. Prezident İlham Əliyev atasının ideyalarını zamanın tələblərinə uyğun şəkildə həyata keçirərək müstəqil Azərbaycanın sabitliyini təmin edib. Dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və milli dəyərlərə sadiqlik bu siyasətin əsas dayaqlarıdır.
44 günlük müharibə dövründə Prezident İlham Əliyev həm cəbhədə, həm də informasiya müstəvisində qətiyyətli lider kimi tanındı. Onun hər bir çıxışı xalqda inam, orduda qələbə əzmi yaratdı. "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə bir çağırış deyildi - bu, milli birliyin, vətən sevgisinin və əqidənin təcəssümü idi. Azərbaycan xalqı o günlərdə Prezidentinin ətrafında sıx birləşərək tarixdə görünməmiş həmrəylik nümunəsi göstərdi.
Müharibədən sonrakı illər Prezident İlham Əliyevin quruculuq və bərpa siyasətinin dönəmi oldu. Azad olunmuş ərazilərdə həyatın bərpası, infrastrukturun qurulması, "Böyük Qayıdış" proqramı çərçivəsində görülən işlər ölkənin iqtisadi və mənəvi dirçəlişinə xidmət edir. Bu siyasət təkcə torpaqların deyil, milli ruhun da yenidən doğuluşudur.
Bu gün Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Türk dünyası ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi, Şuşa və Qəbələ zirvələrinin tarixi əhəmiyyəti, yeni əməkdaşlıq formatları - bütün bunlar müasir Azərbaycanın siyasi nüfuzunu göstərir. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunu inamla davam etdirərək ölkəni yeni qələbələrə aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
29
olaylar.az

1Источники