RU

İndi niyə belə kinolar çəkilmir?: “Yubileyi olan bu filmlər sovet kino məktəbinin uğurudur” – Tanınmış rejissor açıqladı

Bu il iki böyük sənət əsərinin, Azərbaycan kinomatoqrafiyasının incisi hesab edilən iki eyniadlı filmin yubiley ilidir.

Tamaşaçıların bu gün də zövqlə izlədiyi ilk “Arşın mal alan” (1945) filminin araya-ərsəyə gətirilməsindən 80 il, ikinci “Arşın mal alan” (1965) filminin çəkilməsindən 60 il ötür. Filmlərin süjeti – mövzusu haqqında yazmıram, çünki bunu əzbərdən bilməyən azərbaycanlı yoxdu!

Amma oxucularımıza qısa məlumat verək ki, “Arşın mal alan” (1945) filmi Azərbaycan filmoqrafiyası üçün bir çox ilki birləşdirib. Daha dəqiq, 86 fərqli dildə, 136 ölkədə nümayiş olunaraq film tariximizin ən uğurlu filmi olaraq adını tarixə yazıb. Məlumatlarda o da deyilir ki, təkcə SSR-də 16.2 milyon insan Arşın Mal Alan filmini izləmişdi. Üzeyir Hacıbəyovun komediyası cəmi 5.8 milyon rubla çəkilmiş olsa da, filmdən əldə olunan gəlir 5 milyardı keçir.

Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butaforiyadan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.

1945-ci ildə çəkilən Arşın Mal Alan filmi Heydər Əliyev Fondunun dəstəyi ilə 2015-ci ildə rəngləndirilərək yenidən nümayiş olunur.

Hər iki “Arşın Mal Alan”filmi inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələrindən bəhs edən və komediya janrında çəkilmiş musiqili komediyadır.

1965-ci ildə çəkilən filmimiz 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin “Prometey-67” zona kinofestivalında Ən yaxşı musiqili filmə görə Gürcüstan SSR Bəstəkarlar İttifaqının prizinə layiq görülmüşdü.

İndi niyə belə filmlər çəkilmir ? – sualı ilə tanınmış aktyor, ssenarist və rejissor Rza Rzayevə müraciət edirik:

– İlk öncə deyim ki , hər dövrün öz ifadə formaları var. Kino sənayesi o qədər sürətlə inkişaf edir ki , film dili hər gün geyimin deyişir, yeni “don” geyinir. Bu baxımdan baş vermiş istənilən hadisəyə gərək dövrünün işığında baxasan, yoxsa bu günün şərtləri ilə keçmişdə baş verənlərə baxsaq , gerçəklik təhrif olunacaq.

– Bu sahənin bilicisi olaraq, diqqətinizi hansı “Arşın mal alan” cəlb edir?

-nSənət baxımından və şəxsim də Rza Təhmasibin çəkdiyi, can verdiyi “Arşın mal alan” (1945) filimini daha çox sənət əsəri hesab edir. Rejissor işi baxımdan dövrünə görə ən yaxşı film sayıla bilər . Hər filmin çəkilmə zamanı var! Çəkilən filmlər bu gün çəkilməsi mümkün olmayan filmlərdir! Bu gün də çəkilən və çəkilməsi mümkün olan filmlər sabah çəkilməsi mümkün olmayan filmlərdir !

Keçmişdə çəkilən ən yaxşı filmlərin bu gün ancaq tarixi dəyəri var və çəkildiyi zamana görə sənət dəyəri var, bu günə görə yox! Kino texnikası dəyişdikcə film dilidə dəyişib, bu gün filmin eynisini çəksək, həmin filmin sənət dəyəri olmaz.

– Dediyinizdən belə qənaətə gəlmək olur ki, filmi dəyərli edən çəkildiyi dövrdür.

– Yəni , həmin filmlərin tarixi dəyəri var , çəkildikləri tarixə ( dövrə) görə sənət əsəri sayılırlar . Rza Təhmasib də , Tofiq Tağızadə də bizim görkəmli rejissorlarımızdı. Hər ikisi Sovet dönəmində yaşayıb, yaxşı kino təhsili alıblar, sovet filmləri çəkiblər. Bildiyimiz kimi kinonun sənətə çevrilməsində əsas amil sovet montajının yaranmasıdır. Və kinonu sənətə çevirənlər sovet rejissorlarıdır. Bizim bu görkəmli rejissorlarımız dünyada ən məşhur olan sovet kino məktəbində təhsil alıblar və bu gün də dünyada həmin məktəb kino sənətində öz yerini qoruyur. “Arşın mal alan” filmin sənət əsərinə çevrilməsində həmin sovet təhsilinin öz rolu var. Filmlərin hər ikisi həmin dövrə aid olan film dili ilə mükəmməl çəkilib, aktyor oyunu, kamera hərəkələri , montaj, rejissor quruluşu ən yüksək səviyyədədir.

– Bəs musiqi?

– Əlbəttə ki, ssenarinin Üzeyir Hacıbəyova aid olması , həm də müsiqinin gözəliyi, gücü öz sözünü və dəyərini filmdə göstərib. Üzeyir bəyin milliyi ilə Rza Təhmasibin milliliyi böyük bir sənət əsərinin doğulmasına təkan verib. Tofiq Tağızadə təxminən 20 il sonra “Arşın mal alan” filmini remakes ( təkrar çəkim) edib. Tofiq Tağızadənin başqa filmləri kimi “Araşı mal alan” filmi də yaxşı təhsildən irəli gələn standat film dili ilə çəkilib. Amma filmə nə özgürlük nə də millik gətirə bilməyib. Aktyor oyunun da fərqlər nəzərə çarpır. Məsələn , Həsən Məmmədov Azərbaycan kino sənətinin ən parlaq uluduzudur, ən yaxşı kino aktyorlarımızdan biridir, deyərdim ki , birincisidir, amma musiqi təhsilinin olmaması , sözləri mexaniki oxuması onu Rəşid Behbudova “ uduzdurur”.

– Niyə “uduzdurur”?

– Sənətin əsasını yaradan amillər var, bunlar teoloji, mitoloji, ulus ( milli baxış) , öz ( kimlik, mən) və sənət əsəri bu əsaslara ( alt qatlara görə dəyərləndirilir). Üzeyir Hacıbəyov müsiqini ( səsləri) məxsus olduğu millətin dininə və mifolojisinə , həm də milli və kimlik dəyərlərinə əsaslanaraq ilə ifadə edib, yəni səslərin ifadə və anlam dilinini tam milliləşdirdi.

– Ona görə, Üzeyir Hacıbəyov müsiqi dahisi hesab olunur…

– Təbii ki….”Arşın mal alan” operettası tam millidir və 1913 ildə yazılıb, adamın buna inanmağı gəlmir, amma Üzeyir bəy bunu edə bilib, yəni çox millətlər, əsassən də şərq xalqları yazmaq və oxumaq bilməyəndə Üzeyir Bəy müsiqinin dilini milliləşdirib.

Rza Təhmasib də “Arşın mal alan” filmi ilə filmin dilini millişdirməyə cəhdlər edib və bunu bacarıb, çox təsüf ki, sonra başqa, yeni filmlər çəkməyib. “Arşın mal alan” filmi növünə görə “Muzikal” növə aiddir, dünyada müzikal filmlər isə təxminən 1927- ci illərdə çəkilməyə başlayıb. Bizdə isə 1917 ci ildə ilk dəfə Üzeyir bəyin təşəbüsü ilə “Arşın mal alan” filmi çəkilib, rejissorlar başqa millətə məxsus olduqları üçün filmi Üseyir bəyin istədyi kimi çəkə bilməyiblər, bildiyim qədəri film baxışdan çıxarılıb , yenidən montaj olunub və sonra yenə də Üzeyir bəyin təşəbbüsü ilə 1945- ci ildə Rza Təhmasib tərəfindən ekranlaşdırılıb. Düşünürəm ki, Üzeyir Hacıbəyov sağ olsaydı, “Arşın mal alan” (1965) filminin remakesini bəyənməyəcəkdi və göstəriminə qadağa qoyacaqdı. Çox detallara varmaq istəmirəm, böyük sənətkarlarımızın işlərini təhlil etmək etik deyil, deyə biləcəyim qədərini dedim. Rza Təhmasibin çəkdiyi “Arşın mal alan” filiminin rəngli filmə çevrilməsini də alqışlamıram, çünki bu addım filmin tarixi dəyərinə zərər gətirir.

– Ümid edək ki, müstəqil Azərbaycanın kino təhsilini almış rejissorlarımız uzaq keçmişdən deyil, yaxın səfər tariximizdən elə bir film çəkərlər ki, “Arşın mal alan” filmləri qədər uğurlu olar.

Söhbətləşdi: Əntiqə Rəşid

Избранный
14
nocomment.az

1Источники