RU

Ali Məhkəmə generalla bağlı qərar verib

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Tərtər işi"ndə təqsirləndirilən general-mayor Bəkir Orucov və digər şəxslərlə bağlı verilən kassasiya şikayəti təmin edilməyib. SİA xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov, həmçinin Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidov 2022-ci ildə cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsininin qərarı ilə B.Orucovun cəzası 6 il 6 aya endirilib. Digərlərinin cəzası isə 4 ay azaldılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
47
sia.az

10Источники