RU

“Qərb Ukraynadan dərs çıxarmasa, gələcəkdə ağır bədəlini ödəyəcək The Wall Street Journal” 7 önəmli məqamı açıqladı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin "The Wall Street Journal" nəşrinin məlumatına görə, Avropada pilotsuz uçuş aparatları (PUA) ilə bağlı baş verən hadisələr Qərb ölkələrinin yeni təhlükələrə kifayət qədər sürətlə uyğunlaşmadığını göstərir. Nəşr xəbərdarlıq edir ki, əgər Qərb Ukraynadakı dron müharibəsindən dərs çıxarmasa, gələcəkdə bu səhvləri acı təcrübə ilə öyrənməli olacaq.

Nəşr Qərb ölkələrinin bilməli olduğu 7 əsas məqama diqqət çəkib:

1. Dronlar döyüş meydanını “şəffaf” edib

Hazırda həm Ukrayna, həm də Rusiya hərbçiləri döyüş sahəsində istənilən anda görünə biləcəklərini bilirlər. Bu isə hücum riskini artırır. Düşməni qəfil yaxalamaq çətinləşib, logistik dəstək və yaralıların təxliyəsi daha riskli hala gəlib.

2. Qərbə daha mükəmməl məlumat-analiz sistemləri lazımdır

Ukrayna ordusu *Delta* adlı vahid situasiya sistemi tətbiq edir. Bu platforma real vaxtda kəşfiyyat, dron və sensor məlumatlarını birləşdirərək döyüşün “rəqəmsal xəritəsini” yaradır. Nəticədə hədəfin aşkarlanmasından zərbə endirilməsinə qədər olan vaxt “günlərdən dəqiqələrə” enib.

3. Cəbhə artıq “xətt” deyil

Amerikanın Təşəbbüslər İnstitutundan Fred Keyqan qeyd edir ki, gələcək müharibələrdə, məsələn, Baltikdə Rusiya böyük tank kolonları ilə deyil, kiçik piyada qrupları ilə hərəkət edə bilər. Bu da Qərb üçün belə hədəflərin aşkarlanmasını çox çətinləşdirəcək – Ukraynanın yaratdığı dron sistemləri olmadan.

4. Təlim fasiləsiz olmalıdır

Dron texnologiyası və taktikasında dəyişikliklər aylarla, hətta həftələrlə baş verir. Buna görə də hərbçilərin hazırlığı davamlı olmalıdır.

5. Qiymət həlledici amildir

Ukrayna tərəfi hesab edir ki, Qərbin silah alışı hələ də bahalı texnologiyalara yönəlib. Halbuki müharibə göstərdi ki, çoxsaylı, lakin ucuz silah sistemləri daha effektiv nəticə verir.

6. Tank və zirehli texnikaya etibarlı müdafiə sistemi lazımdır

Nə Ukrayna, nə də Rusiya hələlik dronlara qarşı zirehli texnikanı effektiv qorumağın yolunu tapmayıb. Dəmir qəfəs və ya tor sistemləri kifayət etmir. Kim bu sahədə etibarlı sistem yaratsa, döyüş meydanında üstünlük qazanacaq.

7. Hava hücumundan müdafiə yalnız “dron divarına” əsaslana bilməz

Ukraynanın çoxsəviyyəli hava müdafiə sistemi həm kinetik, həm də radioelektron vasitələri birləşdirir. Bu, hər bir hücuma qarşı alternativ müdafiə xətti yaradır.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
azpolitika.info

1Источники