RU

Paşinyan: "Azərbaycan üzərindən Ermənistana taxıl göndərilməsi mühüm hadisədir"

Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə mal idxalı üçün yeni müraciətlər daxil olur.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə Rusiyadan buğda yüklü ilk qatarın ölkəyə gəlişini şərh edərkən bildirib.

Paşinyan Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana göndərilməsini mühüm hadisə adlandırıb və Ermənistanın Marqara-Kornidzor marşrutu üzrə Türkiyə və Azərbaycan yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu xatırladıb:

“İlkin olaraq, Qazaxıstandan ilk qatarın gəlməsi planlaşdırılırdı, lakin sonradan məlum oldu ki, Azərbaycan Rusiya yükləri üçün də belə bir imkan yaradır. İndi bu marşrut üzrə Rusiyadan ayrı-ayrı kateqoriyalı malların idxalı üçün müraciətlər formalaşır”.

Onun sözlərinə görə, yük axınları Azərbaycan üzərindən malların Ermənistana çatdırılmasının yeni imkanı nəzərə alınmaqla yenidən bölüşdürülür. Baş nazir Qazaxıstan qatarı gələnə qədər Rusiyadan əlavə partiyaların göndərilməsinin mümkünlüyünü istisna etməyib.

“Vəziyyət dinamik inkişaf edir - yeni müraciətlər daxil olur. Həmçinin Ermənistandan Rusiyaya, Qazaxıstana və digər ölkələrə yük axınının necə təşkil oluna biləcəyini yoxlamaq lazımdır”, - o əlavə edib.

"Cebheinfo.az"

Избранный
44
2
cebheinfo.az

4Источники