RU

Ağ Şəhərdə “BMW” sürücüsü motosikleti vurub yıxdı - “Zor edirəm, çək” - VİDEO

İzləyicimiz Cəlilov Nadir Nahid oğlu Patrul.az-a müraciət edərək Xətai rayonu Ağ şəhər ərazisində xoşagəlməz hadisə ilə üzləşdiyini bildirib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, onun iddiasına görə, 05 oktyabr 2025-ci il tarixində saat 21:00 radələrində "Neptun" marketin qarşısında AzParking-ə məxsus rəsmi park yeri üçün ayrılmış sahədə 99-M-374 dövlət qeydiyyat nişanlı motosikletini park edib.

Bu zaman 90-BY-008 dövlət qeydiyyat nişanlı BMW markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü yaxınlaşaraq motosikleti kənara çəkməsini tələb edib. Nadir Cəlilov isə bunun qanuni park yeri olduğunu bildirərək imtina edib. Ardınca BMW sürücüsü avtomobili ilə motosikleti vuraraq yerə yıxıb.

Hadisə sonra izləyicimiz mobil telefonu ilə görüntüləri qeydə alıb. Kadrlarda xanım sürücünün "zor edirəm, çək" ifadəsi açıq şəkildə eşidilir. Şikayətçinin sözlərinə görə, qadın sürücü bundan sonra etik çərçivədən kənar ifadələr işlədərək onu təhqir edib, lakin izləyici həmin hissəni redaksiyaya təqdim etməyib - "etik olmadığı üçün həmin kadrları paylaşmadım", - deyə o bildirib.

Motosikletin yerə yıxılması nəticəsində onun sürətlər qutusu zərər görüb. Nadir Cəlilov aidiyyəti qurumlardan məsələyə hüquqi qiymət verilməsini və dəyən ziyanın ödənilməsi üçün kömək göstərilməsini xahiş edir.

Избранный
12
5
day.az

6Источники