RU

Xəstələri zarıdığına görə öldürən tibb işçisi həbs olundu

Medicina portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyanın şəhər məhkəməsi xəstəxanada 10 pasiyenti qətlə yetirdiyinə, 27 nəfəri öldürməyə cəhd etdiyinə görə 44 yaşlı tibb işçisini ömürlük azadlıqdan məhrum edib.

Medicina.az xəbər verir ki, o, bu cinayətləri 2023-2024-cü illərdə Vürtselen şəhərindəki xəstəxananın palatasında işləyərkən törədib. Gecələr xəstələr zarımasın deyə, eləcə də onu narahat edib çağırmasınlar deyə ölümcül dozada sakitləşdirici vurub.

İlkin mərhələdə o, 11 qətlə cəhddə şübhəli bilinib. Lakin istintaq davam etdikcə yeni faktlar üzə çıxıb. Fevral ayına qədər prokurorluq onu 5 qətldə və 25 qətlə cəhddə ittiham edib.

Medicina.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
icma.az

2Источники