RU

2026 cı ildə devalvasiya ehtimalı realdır? AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2026-cı ildə manatın dollara nisbətdə sabit saxlanılacağı ehtimalı çox yüksək qiymətləndirilir. Bu həm hökümətin verdiyi mesajlarda, yerli və qlobal iqtisadi konyukturun mövcud şərtlərində, eyni zamanda aidiyyəti üzrə siyasəti həyata keçirən qurumların monetar və fiskal hədəflərində özünü göstərir”.Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, bu istiqamətdə müəyyən rezervlər də öz dəstəkləyici rolunu oynamaqdadır:“2026-cı ilin dövlət büdcəsinin xərclərinin artırılmaması da dəstəkləyici faktor kimi çıxış edə bilər. Bununla belə, ötən 10 il ərzində iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi mühitin dayanıqlılığının artırılması ilə bağlı həyata keçirilən siyasətlər özünü doğrultmadı. Xüsusən ixracın diversifikasiyasına nail olmaq mümkün olmadı. Manatın məzənnəsi hələ də resurs ixracından ciddi şəkildə asılıdır. Düşünürəm ki, mövcud resurslar ən azından 2026-cı ildə məzənnənin sabitliyinin qorunmasına imkan yaradacaq”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
demokrat.az

1Источники