Erlinq Haaland ötən gün Çempionlar Liqasında növbəti qolunu vurub.
Offsideplus.az xəbər verir ki, norveçli hücumçu "Mançester Siti"nin Dortmund "Borussiya"sını 4:1 hesabı ilə məğlub etdiyi oyunda komandasının 2-ci qoluna imza atıb.
Bununla da o, Çempionlar Liqasında ardıcıl 5-ci oyunda fərqlənməyi bacarıb.
Haaland qitənin bir nömrəli klub turnirinində üç fərqli klubda ardıcıl 5 matçda fərqlənən ilk oyunçudur.
O, "Mançester Siti", "Borussiya" və "Zaltsburq" formaları ilə bunu edib.
25 yaşlı forvard eyni zamanda Kriştiano Ronaldonun da rekordunu təkrarlayıb. Haaland 3 fərqli Çempionlar Liqası mövsümündə ilk dörd turda fərqlənən ikinci oyunçudur.