Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.
Aznews.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma bu dəfə Tacikistanla üz-üzə gəlib.
Azərbaycan millisi bu görüşü də qələbə ilə başa vurub - 3:0 (25:5, 25:11, 25:9)
Yığma daha əvvəl İran kollektivini üstələyib -3:0 (25:11, 25:16, 26:24).