RU

Bu marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımasahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaşməmnuniyyətinin artırılması məqsədilə 71 nömrəli müntəzəm marşrutxəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn"Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dənhəyata keçirəcək.

Metronun “Azadlıq prospekti” stansiyasını “Koroğlu” NəqliyyatMübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrutüzrə “Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNGtexnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyətgöstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalıilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Məqalədə:
Избранный
26
32
az.trend.az

10Источники