RU

Müəllimlərin maaş sisteminə yenidən baxılmalıdır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Müəllimlərin 8 saatlıq iş rejiminə keçidi ilk baxışdan “daha çox nəzarət, daha az repetitorluq” kimi görünə bilər. Amma məsələ bir qədər dərin və sistemlidir. Müəllim məktəbdə 8 saat qalacaqsa, bu zaman diliminin necə istifadə olunacağı əsas məsələdir. Əgər həmin saatlar sadəcə “iş yerində qalmaq”la məhdudlaşacaqsa, bu nə müəllimin motivasiyasını artıracaq, nə də repetitorluğa təsir edəcək. Lakin əgər bu saatlar planlı şəkildə dərsə hazırlıq, şagirdlə fərdi məşğuliyyət, metodik inkişaf və məktəbdaxili təlimlərə yönəldilərsə, o zaman müəllim təbii şəkildə repetitorluq fəaliyyətindən uzaqlaşacaq, çünki ehtiyac qalmayacaq”.Bunu Demokrat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. Onun sözlərinə görə, repetitorluğun kökündə müəllimin əlavə gəlir ehtiyacı, bəzən də şagird və valideynlərin məktəb sisteminə inamsızlığı dayanır:“Ona görə bu addımın real nəticə verməsi üçün paralel olaraq maaş sisteminə də yenidən baxılmalıdır. Əks halda, iş saatı artacaq, amma gəlir eyni qalacaq — bu isə müəllimin motivasiyasını azaldacaq və əlavə iş axtarışını dayandırmayacaq.Dünya təcrübəsinə baxanda, Finlandiya, Norveç, Yaponiya kimi ölkələrdə müəllimlər 7–8 saatlıq iş rejimindədir, amma fərq ondadır ki, bu saatların çoxu dərsdənkənar hazırlıq, kollegial müzakirə, metodik iş və şagirdlə fərdi məsləhətlərə sərf olunur. Onlara bu fəaliyyətlər üçün əlavə əməkhaqqı, istirahət imkanı və peşəkar inkişaf dəstəyi verilir. Yəni “8 saatlıq iş günü” yalnız məcburi rejim deyil, eyni zamanda keyfiyyətli təhsil üçün yaradılan şəraitin bir hissəsidir.Azərbaycan üçün də bu addım doğrudur, amma mərhələli və düşünülmüş şəkildə tətbiq edilməlidir. Ən vacibi, müəllimin məktəbdə keçirdiyi hər dəqiqə dəyərli olmalıdır. Əgər bu islahat həm şəffaf maaş artımı, həm də peşəkar inkişafla müşayiət olunsa, repetitorluq fəaliyyəti tədricən təbii şəkildə azalacaq — qadağalarla yox, keyfiyyətlə.”Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
demokrat.az

1Источники