RU

2025-ci ilin sözü açıqlandı

Britaniyada nəşr olunan Collins English Dictionary 2025-ci ilin sözünü açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu, “vibe coding” terminidir. 

Lüğətdə qeyd olunur ki, “vibe coding” süni intellektin təbii dildə verilən tapşırığın təsvirinə əsasən kompüter kodunun yazılmasına kömək etməsidir. Beləliklə, insan nəticəni necə görmək istədiyini maşına söyləyir və kodu özü əl ilə yazmaq əvəzinə süni intellektdən istifadə edir. Qeyd olunur ki, bu termin artıq Silikon vadisindən çox-çox uzaqlarda da geniş yayılıb və süni intellektin gündəlik həyata daxil olmasını əks etdirən böyük mədəni dəyişimi göstərir.

Избранный
35
unikal.az

1Источники