RU

Rusiyanın neft və qaz gəlirləri azalır –RƏQƏMLƏR

Rusiyanın neft və qaz gəlirləri azalıb.

AzPost bildirir ki, TASS bu barədə Rusiya Maliyyə Nazirliyinin statistikasına istinadən bildirir.

Neft və qaz gəlirləri 2025-ci ilin oktyabr ayında əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 26,6 faiz azalaraq 888,6 milyard rubla düşüb.  Agentlik sentyabr ayı ilə müqayisədə bu gəlirlərin artımını karbohidrogen hasilatından əlavə gəlir üzrə son rüblük vergi yığımı ilə əlaqələndirib.

Ümumilikdə, Rusiyanın neft və qaz gəlirləri yanvar-oktyabr aylarında 21,4 faiz azalaraq 7,498 trilyon rubla düşüb. Keçən ilin eyni dövründə bu rəqəm 9,539 trilyon rubl təşkil edib.

AzPost.az

Избранный
45
1
azpost.info

2Источники