RU

Bu məhsulların arxasında bir marketinq oyunu dayanır EKSPERT AÇIQLADI

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Ümumiyyətlə, son illərdə marketlərdə “az yağlı”, “dietik” adı altında saysız məhsulların satışı təşkil olunur". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, amma bu məhsulların arxasında bir marketinq oyunu dayanır: "İnsanların təfəkküründə yağ bir “düşmən obrazı” kimi təqdim olunub sanki yağ bizə zərərdir. Bu fikrin yayılmasının arxasında ticarət maraqları durur. Nəzərə alsaq ki, beynimiz, gözümüz, dərimiz yəni bədənimizin əsas orqanları yağla işləyir, bu demonizasiya düzgün deyil. “Az yağlı”, “dietik” sözlərini sağlamlıq simvoluna çevirmişlər. Halbuki bu, qəsdən yaradılmış psixoloji manipulyasiyadır. İnsanların xəstələnmək, kökəlmək, yaşlanmaq qorxularından istifadə olunur.

Bəli, yağdan normada istifadə vacibdir. Amma gəlin bu “az yağlılıq” anlayışını bir az araşdıraq. Dad məsələsi bu məhsullarda yox olur. Yağ çıxarıldıqdan sonra həmin məhsullar süni dadlandırıcılar, qalınlaşdırıcılar, karbohidratlar və emulsifikatorlarla doldurulur. Nəticədə, sağlamlıq görüntüsü altında təhlükəli maddələr yaranır. Az yağlı məhsullar elə təqdim olunur ki, guya bu daha “təmiz”, “vicdanlı” seçimdir. Amma bu, yalnız reklam mexanizminin yaratdığı illüziyadır. İnsanlar bu şəkildə yönləndirilir ki, guya sağlamlıq üçün belə daha yaxşıdır. Əslində isə bu, istehsalçının biznes maraqları üçün qurulmuş oyundur.

Məhsuldan yağ çıxarılanda saxlama müddəti azalır, dad və keyfiyyət pozulur. Bunun yerinə dadı bərpa etmək üçün daha çox kimyəvi maddələr – süni dadlandırıcılar, qatılaşdırıcılar, modifikasiya olunmuş nişasta və s. əlavə olunur. Bu da bədəni deyil, istehsalçının gəlirini qoruyur. Az yağlı məhsulların əvəzinə bəzən daha çox şəkər və nişasta əlavə olunur ki, bu da sağlamlıq üçün təhlükəlidir. Bol şəkərli məhsullar qəbul edildikdə bədəndə şəkər yüklənməsi və insulin direnci yaranır. Nəticədə isə sağlamlıq zərər görür. Beləliklə, “dietik” və “az yağlı” adı altında təqdim olunan məhsullar heç də həmişə sağlam deyil. Onlar insanlara faydalı kimi sırınsa da, əslində çox vaxt təhlükəlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
sia.az

2Источники