RU

Tehranda 5 tanınmış şəxs həbs olundu

İran təhlükəsizlik qüvvələri Tehranda 5 tanınmış şəxsi həbs edib.

Paralel.az xəbər verir ki , bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, iqtisadçılar Pərviz Sədaqət, Rəsul Qənbər, tədqiqatçı Məhəmməd Malcun, siyasi sosioloq Məhsa Əsədullahnəjad və yazıçı Şirin Kəriminin evlərinə basqın edilib, axtarış aparılıb və şəxsi əşyaları müsadirə olunub.

Həbs edilən şəxslərin hara aparıldıqları və onlara qarşı irəli sürülən ittihamlarla bağlı məlumat açıqlanmır.

Tədqiqatçı Məhəmməd Malcunun "Çörək ardınca köç" kitabının müəllifi olduğu bildirilir.

Избранный
12
8
paralel.az

9Источники