futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.
Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Tacikistanla üz-üzə gəlib. Görüş millinin qələbəsiylə başa çatıb – 3:0 (25:5, 25:11, 25:9)
Yığma daha əvvəl İranı məğlub edib -3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.