RU

Qurban Qurbanovdan xüsusi tapşırıq alan oyunçu Çelsi yə qarşı işləyən plan

ain.az bildirir, Sportal.az portalına istinadən.

Müasir futbol o qədər gəlişib ki, hər oyundan əvvəl rəqiblər bir-birini detallı təhlil eləyirlər, ən zəif yerindən "vurmağa" çalışırlar. Qurban Qurbanovun üstün cəhətlərindən biri də, qarşısındakı komandanı yaxşı analiz etmək bacarığıdır.

Təcrübəli mütəxəssis "Çelsi"yə qarşı effektiv hazırlamışdı "Qarabağ"ı. Matç boyu bir çox gedişlər etdi, çətin durumlara saldı "Çelsi"ni. 

Bu oyun üçün hazırlanmış planın önəmli hissəsi pressinq idi. Rəqibi onların birinci zonasında qarşılamaq, səhvə vadar etmək. Qurbanov yaxşı bilirdi ki, "Çelsi" bu mövsüm müdafiədə sıxıntılar yaşayır. Xüsusən də, müdafiənin mərkəzi axsayan nöqtələrdəndir. 

Qurban Qurbanov bundan məharətlə istifadə eləyə bildi. Onun düşüncələrini meydanda həyata keçirən Kamilo Duran bunu ən üst səviyyədə etdi. Mərkəz hücumçusu mövqeyində yer alan kolumbiyalı forvard "Çelsi"nin müdafiəçiləri üçün kabusa çevrildi. Komanda yoldaşlarının da pressinq zamanı düzgün mövqelərdə qərarlaşması onun effektiv olmasına şərait yaratdı.

Pressinqlərdə böyük güc sərf eləyən Duran rəqibi dəfələrlə səhvə yol verməyə məcbur etdi, "Çelsi"nin müdafiəsində panikanın yaranmasına nail oldu. "Qarabağ"ın belə cəsarətli şəkildə rəqibin hücumunu beşikdə boğmaq cəhdi həm baş məşqçi Mareska, həm də müdafiəçilər üçün gözlənilməzlik oldu. Sanki hazırlıqsız yaxalanmışdılar.

İkinci hissədə Duran yoruldu və əvəzləndi. Lakin meydanda olduğu dəqiqələrdə nəfəs aldırmadı rəqib müdafiəçilərə. Verilən tapşırığı yerinə yetirdi.

Həmid

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
sportal.az

2Источники