RU

Türkiyədə futbolçuya silah çəkdilər VİDEO

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə ticarət mərkəzində afrikalı futbolçuya silah çəkilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Sarıyer adlanan ərazisində yerləşən ticarət mərkəzlərindən birində qeydə alınıb.

Dostu ilə alış-veriş edən futbolçu Papi Dijlobodji eskalatora doğru gedərkən qəfil Abdulla A. ilə mübahisələri düşüb. Bu zaman Abdulla əvvəlcə futbolçuya odlu silah nümayiş etdirərək, hədələyib. Sonra əlindəki çətiri onun üzərinə atıb. Ticarət mərkəzində olan digər şəxslər araya girərək, onları ayırıblar.

Polis Abdulla A.-nı saxlayıb və barəsində cinayət işi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
lent.az

1Источники