Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Dünən axşam saatlarında Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan korrupsiya ilə mübarizə komitəsinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan "Facebook" səhifəsində yazıb.
Məlum olub ki, prokurorluq eks-prezidentin ölkədən qaça biləcəyini ehtimal edib: "Bütün hüquq-mühafizə sisteminin deyəcək bir sözü qalmadığı, lakin Ermənistan Respublikasının üçüncü prezidentinin Ermənistan Respublikasından getməsi hər nəyin bahasına olursa olsun məhdudlaşdırılmalı olduğu bir vaxtda, 2019-cu ildən bəri rəflərdə saxlanılan iyirmi-iyirmi beş il əvvəl vəfat etmiş insanların ifadələri üzə çıxıb.
Bir sözlə, siz öz yolunuzu seçmisiniz və mən vəkil olduğum üçün ictimai çıxışımı belə bitirirəm: məhkəmədə görüşəcəyik".
Ağarza Elçinoğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.