Qadın voleybolçulardan ibarət millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Tacikistanla üz-üzə gəlib. Görüş millimizin qələbəsi ilə başa çatıb – 3:0 (25:5, 25:11, 25:9) Yığma daha əvvəl İranı məğlub edib -3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, milli noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта