RU

Zəfər paradında yeni texnikalar nümayiş etdiriləcək

"Ali Baş Komandan İlham Əliyev daim Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatına xüsusi diqqət yetirib, təhlükəsizlik məsələlərinin daim prioritet olduğunu qeyd edib. İldən-ilə artan döyüş imkanlarımız bu diqqətin sayəsində mümkün olub".

Hurriyyet.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Zəfər paradında Azərbaycanın yeni əldə etdiyi bir çox silah sistemləri ilk dəfə ictimaiyyətə rəsmi olaraq təqdim ediləcək. 

"Bunların arasında Pakistanın istehsalı olan qırıcıları, Serbiya istehsalı olan uzaqmənzilli özüyeriyən artilleriya sistemlərini, Çinin istehsal etdiyi müasir hava hücumundan müdafiə sistemini, eləcə də Belarus, Türkiyə və digər müttəfiq ölkələrin silah, texnika, vasitə və avadanlıqlarını müşahidə edəcəyik. Həmçinin, Azərbaycanın yerli istehsalı olan bəzi silahlar bu paradda nümayiş etdirilə bilər".

Избранный
8
3
hurriyyet.az

4Источники