RU

“Zəfər sənə çox yaraşır, Azərbaycan!”

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Zəfər sənə çox yaraşır, Azərbaycan!” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Zəfər Günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib. O vurğulayıb ki, 30 ilə yaxın bir dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmışdır.

Vurğulanıb ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan hazırda inkişaf və yüksəliş dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni qələbələrə doğru addımlayır.

Sonra Cabbar Qaryağdıoğlu adına Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanmış “Zəfər sənə çox yaraşır, Azərbaycan” adlı videoçarx və xüsusi kompozisiya nümayiş olunub.

Tədbirin sonunda məktəbin bir qrup müəllimi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar rayonun mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Qaradağ rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
3
sia.az

4Источники