RU

Din xadiminin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Azərbaycanda din xadiminə sui-qəsd etməyə hazırlıq görməkdə ittiham olunan Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Naib İsmiyevin vəkili vəsatətlə çıxış edərək işin ağırlığı ilə əlaqədar hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Onun xahişi məhkəmə tərəfindən nəzərə alınıb və hazırlıq iclasının davamı noyabrın 20-də olacaq.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.

İttihama görə, təqsirləndirilən şəxslər din xadiminə qarşı sui-qəsd hazırlamaqda günahkar bilinirlər.

DTX-nin İstintaq baş idarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunublar. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az"

Избранный
15
6
cebheinfo.az

7Источники