Bakı.Trend:
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə həkkolunub. Bu gün Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bizbu günü hər zaman böyük sevinc və fəxarətlə yad edəcəyik. Bu şanlıtarix Azərbaycan xalqının əzmini, birliyini, dövlətimizin gücünü,yenilməz və rəşadətli Ordumuzun qəhrəmanlığını bir daha dünyayasübut etdi.
Trend xəbərverir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) sədri Sahib Məmmədov 8 Noyabr- Zəfər Günü münasibətiləkeçirilən tədbirdə bildirib.
O deyib ki, Azərbaycan əsgəri döyüş meydanında, xalq isə arxacəbhədə bir məqsədlə - Vətən uğrunda qalib gəlmək əzmi iləbirləşib: "Hər bir vətəndaş bu Qələbəyə öz töhvəsini verdi. 44günlük Vətən müharibəsi tarixdə həm də vətənpərvərliyin,həmrəyliyin və fədakarlığın ən ali nümunəsi kimi qalacaq".