RU

ABŞ-da ştatlarla Tramp arasında savaş: Məhkəməyə verdilər

ABŞ-da 11 ştat və Kentukki ştatının qubernatoru Endi Beşir Donald Tramp administrasiyasını məhkəməyə verib.

Publika.az xəbər verir ki, onlar fövqəladə hallar və terrorizmə qarşı mübarizə üçün ayrılan maliyyə vəsaitlərinin xərclənməsinə tətbiq edilən yeni məhdudiyyətlərin yerli hökumətlərin fəaliyyətini çətinləşdirdiyini bildiriblər.

İddia Oreqon ştatının Yucin şəhər məhkəməsinə təqdim olunub. Ştatlar və Beşir Daxili Təhlükəsizlik Departamenti (DHS) ilə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyini (FEMA) cavabdeh qismində göstəriblər.

Müraciətdə qeyd olunur ki, fövqəladə hallar və terrorizmə qarşı mübarizə fondlarının xərclənməsi üçün müəyyən edilən müddətin qısaldılması, həmçinin ştatların immiqrasiya qanunlarına əsasən deportasiya edilənlər istisna olmaqla, yenilənmiş əhali məlumatlarını təqdim etmələri tələbi əsassızdır.

İddiaçılar hesab edirlər ki, bu tələblər fövqəladə hallara hazırlığı zəiflədir və ictimai təhlükəsizliyi risk altına qoyur. Onların fikrincə, administrasiya FEMA-nın rolunu azaldaraq yükü ştatların üzərinə atmağa çalışır.

Избранный
46
publika.az

1Источники