RU

Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU

ain.az, Lent az saytına istinadən bildirir.

Rusiyanın paytaxtı Moskvada qətl törədən Şahin Abbasova hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə Abbasovu 17 il müddətinə ümumi rejimli cəzaçəkmə həbsxanasına məhkum edib.

Qeyd edək ki, 25 yaşlı Kirill Kovalev və 21 yaşlı Şahin Abbasov arasında münaqişə ötən ilin aprel ayında Moskvada baş verib. Motosikletçi binanın girişi qarşısında park edilmiş avtomobilə görə irad bildirib. Bu, mübahisəyə çevrilib və Abbasov bıçaq çıxararaq Kirilli qarın nahiyəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Abbasov hadisə yerindən qaçıb. Daha sonra o, qardaşları İsa və Şöhrətlə birlikdə Zaporojye vilayətində saxlanılaraq istintaq hərəkətləri üçün Moskvaya gətirilib. Həmçinin, istintaqın versiyasına görə, Şahinə ədalətdən gizlənməyə kömək edən atası Nizam və əmisi Bəxtiyar, eləcə də dostu Naxid Hüseynov da saxlanılıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
57
lent.az

1Источники