RU

Mamdaninin komandası tamamilə qadınlardan ibarət olacaq

Ajans.az xəbər verir ki,bu barədə The Guardian qəzeti məlumat yayıb. Kvinsdə keçirilən səhər mətbuat konfransında Z. Mamdani yeni keçid komandasının tərkibini təqdim edib və onun “Nyu-York şəhərinin bir nəsildə ən iddialı siyasət platformasının” həyata keçirilməsinə kömək edəcəyini bildirib. Mer vurğulayıb ki, yeni administrasiya seçicilərə verdiyi vədləri yerinə yetirməyə hazırdır və komandası bacarıqlı, şəfqətli və dürüst insanlardan ibarət olacaq. Keçid komandasının icraçı direktoru Elana Leopold olacaq. Komandaya həmçinin keçmiş mer müavinləri Maria Torres-Springer və Melanie Hartzog, keçmiş Federal Ticarət Komissiyasının sədri Lina Xan və böyük qeyri-kommersiya təşkilatı United Way-in rəhbəri Qreys Bonilla daxildir. Yeni administrasiya Z. Mamdaninin 1 yanvarda keçiriləcək rəsmi andiçmə mərasimindən dərhal sonra işə başlayacaq.

 

Избранный
35
Ajans.az

1Источники