RU

“Türk F 16 larının paradda iştirakı bütün dünyaya mesajdır”

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən paradda Türkiyə hərbçiləri, eləcə də türk F-16-ları da iştirak edəcək.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən  polioloq İlqar Vəlizadə, bunu Türkiyə və Azərbaycanın anti-türk qüvvələrə qarşı mesajı kimi dəyərləndirib:

“Hesab edirəm ki, Türkiyə hərbçilərinin Zəfər günü ilə bağlı ölkəmizdə keçirilən paradda iştirakı yalnız hərbi əməkdaşlıq nümunəsi deyil. Bu, həm də Bakı və Ankaranın bütün dünyaya, eləcə də anti-türk qüvvələrinə qarşı mesajıdır. Azərbaycan və Türkiyə bununla bütün dünyaya bir kəs daha nümayiş etdirir ki, onlar sözün bütün mənalarında praktiki şəkildə bir yerdədirlər və istənilən təhlükəyə qarşı birgə mübarizə aparacaqlar.

Düşünürəm ki, kifayət qədər aydın olan bu mesaj dünya dövlətləri tərəfindən asanlıqla anlaşılacaq, türk dünyasına düşmən olan qüvvələr üçün növbəti çəkindirici addım olacaq”.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
moderator.az

2Источники