Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İstanbulda məşhurlara qarşı aparılan narkotik
istintaqında qan və saç nümunələrində heç bir maddə aşkar edilməyən Hadisə
Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray
və Duyğu Özaslan barəsində təqibin dayandırılması (təqsirsizlik) qərarı
verilib.
Sherg.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı
çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza Qurumunun hesabatına əsasən, analiz
edilən 19 nəfərdən 7-sinin test nəticəsi mənfi, 8-nin isə müsbət olub.
Müsbət nəticə çıxanlar arasında Dilan Polat və Deren Talu da yer alır.
Onlar iddiaları rədd edərək, nəticələrdə görünən maddələrin istifadə etdikləri
antidepresan və reseptlə satılan dərmanlardan qaynaqlandığını bildiriblər.
Turan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.