Aparıcı Rövşanə Ağasəfqızı estetik cərrah kimi tanınan Rəşad Məmmədovla bağlı paylaşım edib.
"Deyəndə lift güzgüsü önündə az forslanın, ay şou doktorları... Gözə gəlirsiniz. Bir gün sizdən də şikayət edəndə, güzgüyə baxmaq yadınıza düşməyəcək. Siz o 400 manatlıq taxta mükafatınızın canı, özünüzü az məzmunsuz reklam edin. Peşəkar həkimlər də badınıza gedir. Ölkədə o qədər yaxşı həkimlər var ki... Heyifdilər e... Yaxşıları qorumaq lazımdır axı...".
Xatırladaq ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Rəşad Məmmədovun adının Xüsusi Təftiş Komissiyasında təsdiqlənmiş plastik cərrahlar siyahısında yer almadığı bildirilib.