"Qalatasaray"ın futbolçusu Leroy Sane Almaniya yığmasına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, o, sonuncu dəfə iyun ayında "bundestim"ə çağrılmışdı.

Sane "Qalatasaray"a transfer olandan bəri ilk dəfə yığmada çıxış edəcək.

Qeyd edək ki, Almaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsində noyabrın 14-də Lüksemburq, 17-də isə Slovakiya ilə üz-üzə gələcək.