RU

"Real"ın futbolçusu Bakıdakı oyunda olmayacaq

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Orelyen Çuaameni sıradan çıxıb. Bu barədə COPE məlumat yayıb.

Fransalı futbolçu sol ayaq əzələsindən zədə alıb. Çuameni təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 25 yaşlı orta xətt oyunçusu dekabr ayının əvvəlində komandaya kömək edə biləcək.

"Real" Orelyen Çuamenini 2022-ci ilin yayından "Monako"dan 80 milyon avroya transfer edib. Fransa millinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Qeyd edək ki,Fransa yığması noyabrın 16-da Bakıda millimizin qonağı olacaq. Çuameni bu matçda iştirak etməyəcək.

saytlarin hazirlanmasi

Избранный
24
sportal.az

1Источники