RU

SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib

Bakı. Trend:

Vətən müharibəsində şanlı Zəfərimizin beşinci ildönümümünasibətilə SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsiqəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib.

Trend bu barədəSOCAR-a istinadən xəbər verir.

Layihə çərçivəsində SOCAR-ın Vətən müharibəsində Şəhid olmuşəməkdaşlarının ailə üzvləri, Vətən müharibəsi veteranları və “SOCARKönüllüləri” qrupunun üzvlərinin görüşü keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilibvə ölkəmizin ərazi bütövlüyü uğurunda canlarını fəda etmişşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları— Rövşən Həsənzadə, Ravil Salmanov, Pərviz Quliyev, Xilqət Musayev,Xəyal Cavadov, həmçinin Şəhid əməkdaşımız Şahgündüz Cabbarovunqardaşı Nemət Cabbarov və rəmzi olaraq SOCAR-ın 44 könüllüsüiştirak edib.

Görüşdə həyat hekayələri, keçdikləri döyüş yolu ilə bağlıxatirələrini bölüşən qəhrəmanlarımız Azərbaycan RespublikasınınPrezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlirəhbərliyi ilə qazanılmış Zəfərimizin şanlı səhifələrindən, sülhünbərqərar olunması istiqamətində əldə edilən tarixi nailiyyətlərdən,dövlətimiz tərəfindən şəhid ailələrinə və Vətən müharibəsiveteranlarına göstərilən qayğıdan bəhs edib, könüllülərimaraqlandıran sualları cavablandırıblar.

Layihə çərçivəsində SOCAR-ın təşəbbüsü ilə ərsəyə gətirilən“Zəfər Yolu” klipi nümayiş olunub.

Sonda ağacəkmə aksiyası keçirilib.

Избранный
11
1
az.trend.az

2Источники