RU

Apellyasiya Məhkəməsi həbsdə ailə qurmaq istəyən jurnalistə “yox” dedi

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində “MeydanTV işi” üzrə həbsdə olan jurnalist Aytac Tapdıqın nikaha girməsinə məhdudiyyət qoyulması ilə bağlı şikayətinə baxılıb.

Gununsesi.info xəbər verir ki, jurnalistin nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli məlumat yayıb ki, məhkəmə cütlüyün şikayətini təmin etməyib və Xətai rayon Məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.

K.Məmmədli əlavə edib ki, gələn həftə onlar yenidən Xətai rayon Məhkəməsinə müraciət edərək nikaha qoyulan qadağa ilə bağlı yeni iş başladacaqlar.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
71
icma.az

1Источники