Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində sabiq prezident Serj Sarqsyanın ölkədən çıxışını məhdudlaşdırıb.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkələrdə məlumat yayıb.