Bakı. Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyasıtəşkil olunub.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatverilib.
Xudat-Nabran avtomobil yolunun kənarında keçirilən aksiyadaXaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər vəgənc könüllülər iştirak ediblər.
Aksiya çərçivəsində torpaq-iqlim şəraitinə uyğun gələn 1000-dənçox şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluqgöstərilib, suvarılması təmin edilib.
Şanlı Zəfərimizin beş illiyi münasibətilə keçirilən aksiya ətrafmühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqlarınartırılmasına və vətəndaşlar arasında təbiətə qayğı hissinintəbliğinə yönəlib.
İl ərzində Xaçmaz rayonunda yaşıllaşdırma, yaşıllıqlara qulluqvə abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulub.