RU

Bir iynə ilə arıqlayacağıq

Saglamolun portalından verilən məlumata görə, ain.az xəbər yayır.

GƏLƏCƏYİN ARIQLAMA ÜSULUArtıq arıqlamaq və qanda şəkəri azaltmaq üçün sadəcə bir inyeksiya kifayət edəcək. Bu inyeksiya bədən hüceyrələrini, Ozempic, Wegovy və Mounjaro kimi məşhur dərmanların əsas tərkib hissəsini - GLP-1 hormonunu istehsal edən, kiçik “fabriklərə” çevirəcək.ABŞ-da 2 biotexnoloji startap – Nyu-Yorkdan “RenBio” və Massaçusetsdən “Fractyl Health” bu istiqamətdə siçanlarda ümidverici nəticələr əldə edib və hazırda gen terapiyasını daha böyük heyvanlarda – donuz və meymunlarda – sınaqdan keçirir. Uğurlu nəticələr əldə olunsa, texnologiya insanlar üzərində də yoxlanılacaq.GLP-1 (qlükagona bənzər peptid-1) bədən tərəfindən təbii olaraq istehsal olunur və beyinə toxluq siqnalı göndərərək iştahanı azaldır. Bu hormonun təsirini təqlid edən dərmanlar son illərdə sürətlə populyarlıq qazanıb, ABŞ-da istifadə edənlərin sayı 2 il ərzində 5,8%-dən 12%-ə yüksəlib. Lakin bahalı qiymət və ürəkbulanma, halsızlıq və qusma kimi yan təsirlər bir çox insanı narahat edir.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
saglamolun.az

1Источники