RU

Real da çıxış edən fransalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa millisinin futbolçusu Orelyen Çuameni Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhləsinin oyununda iştirak etməyəcək.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin zədələnməsi səbəb olub.

İspaniyanın "Real" klubunda çıxış edən oyunçu üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Çuameni La Liqada 11, UEFA Çempionlar Liqasında 4 matçda iştirak edib.

Qeyd edək ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
3
icma.az

5Источники